In this article, you will get all information regarding Ərdəbildə milli fəalların məhkəməsi olub

Ərdəbilli milli-mədəni fəallar Əsgər Əkbərzadə və Səid Sadiqifər noyabrın 23-də mühakimə olunublar.

Təbriz Turan TV xəbər verir ki, fəalların məhkəmə iclası Ərdəbil şəhərinin Ümumi və İnqilab Prokurorluğunun 7-ci bölməsində keçirilib.

Kamyar Səlimin başçılığı ilə keçirilən məhkəmə iclasında Əsgər Əkbərzadə “sistemə qarşı təbliğat” və Səid Sadiqifər isə “milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” ittihamları ilə bağlı müdafiə çıxışı ediblər.

Adı çəkilən milli fəallar sentyabrın 22-də təhlükəsizlik məmurları tərəfindən saxlanılıblar.

Səid Sadiqifər noyabrın 3-də, Əsgər Əkbərzadə isə noyabrın 16-da girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər Ərdəbil zindanından sərbəst buraxılıblar.



İzlənmə Sayı :
0

Ərdəbildə milli fəalların məhkəməsi olub

For more visit computernetworktopology.com

Latest News by computernetworktopology.com