In this article, you will get all information regarding Güneyli işçi hərəkatı fəalı Hüseyn Kuşinin vəziyyəti ağırlaşıb

Təbriz zindanında saxlanılan tanınmış işçi hərəkatı fəalı Hüseyn Kuşinin oğlu Siyamək Kuşi atasının sağlıq durumunun ağır olduğunu deyir.

Təbriz Turan TV xəbər verir ki,Siyamək Kuşi atasının sosial mediada adi paylaşımlar etdiyinə görə saxlanıldığını, “rejimə qarşı təbliğat aparmaq” və “rəhbərliyi təhqir etmək” ittihamı ilə 3 il həbs cəzasına məhkum edildiyini və oktyabrın sonlarında Təbriz həbsxanasına salındığını bildirib.

Hüseyn Kuşi bir neçə xəstəlikdən, o cümlədən ağciyər xəstəliyindən əziyyət çəkir və davamlı olaraq oksigen kapsulasından istifadə etməyə məcburdur.

Onun ailəsinin müraciətlərinə baxmayaraq, onun rəsmilər siyasi məhbusun elektron qandalla həbs cəzasını evdə keçirməsi üçün icazə verimirlər.

Həbsxana rəhbərliyi bunun üçün təhlükəsizlik qüvvələrinin əmrinin lazım olduğunu deyiblər.



İzlənmə Sayı :
5

Güneyli işçi hərəkatı fəalı Hüseyn Kuşinin vəziyyəti ağırlaşıb

For more visit computernetworktopology.com

Latest News by computernetworktopology.com