In this article, you will get all information regarding Hikmət Babaoğlu: Prezidentin fikirləri Qərbi Azərbaycana qayıdışımızın yol xəritəsidir • Aznews TV

Bunu APA-ya açıqlamasında Qərbi Azərbaycan İcmasının sədr müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Hikmət Babaoğlu deyib ki, Prezident İlham Əliyevin öz ad günün xalqımız üçün prioritet olan problemlərin həlli ilə bağlı görüşlərdə keçirməsi artıq bir ənənə halını alıb: “Əgər son iki ilə qədər belə görüşlər ən ağrılı problemimiz olan məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtması ilə bağlı keçirilirdisə, tarixi Zəfərimizdən sonra bu problem artıq aradan qaldırıldı.

İllərlə həsrətlə gözlədiyimiz Böyük Qayıdış tarixi hadisəsi reallığa çevrildi. Hazırda tarixi qələbəmizdən sonra yaranan yeni reallıqda ən mühüm vəzifələrdən biri Qərbi Azərbaycandan qaçqın düşmüş vətəndaşlarımızın öz yurdlarına qayıtması məsələsidir.

Prezident İlham Əliyev tarixi torpaqlarımıza qayıtmağımızı hər şeydən öncə tarixi yaddaşımızla əlaqələndirdi. Milli yaddaşın əsas komponenti olan tarixi yaddaşımız, onun düzgün əsaslarda yeni nəslə ötürülməsi Birinci Qarabağ savaşından sonra dünyaya gələn qəhrəmanlarımızın torpaqlarımızı işğaldan azad etməsinə gətirib çıxardı.

Prezidentin qeyd etdiyi kimi bu gün Zəngilana, Ağalıya o torpaqlarımızı görməmiş yeni nəslin qayıdışını da təmin edən məhz tarixi yaddaşdır. Ona görə də məcburi köçkünlərimizin öz torpaqlarına qayıtmaları ilə bağlı ümummilli arzularımız necə bu gün reallığa çevrildisə, çox çəkmədən İrəvana, Göyçəyə, Zəngəzura qayıtmaqla bağlı arzularımız da gerçəkliyə çevriləcək.

Çünki bunu təmin edəcək qüdrətli liderimiz, müzəffər sərkərdəmiz və güclü ordumuz var.

Azərbaycan Prezidenti məhz tarixi xronoloji ardıcıllıq baxımından da ata-baba torpaqlarımıza qayıtmağımızı bu mənada rəmzi olaraq açılışını etdiyi bina ilə əlaqələndirərək bildirdi ki, vaxtilə bu binada yerləşən Şuşa İcra Hakimiyyəti necə bu gün əziz Şuşaya qayıtdısa, bir gün gələcək bu gün burada fəaliyyətə başlayan Qərbi Azərbaycan İcmasının nümayəndələri də öz evlərinə qayıdacaqlar”.

Qərbi Azərbaycan İcmasının sədr müavini qeyd edib ki, bunun üçün hər şeydən öncə biz bütün dünyaya tarixi vətənimizlə bağlı həqiqətləri çatdırmağı bacarmalıyıq: “Orada əcdadlarımızın yaratdığı maddi-mədəni irisi ermənilərin barbarcasına necə dağıtdıqlarını, Qərbi Azərbaycan torpaqlarının Azərbaycan Demokratik Cümhuriyyəti tərəfindən ermənilərə necə verildiyini, beynəlxalq hüquq baxımından bizə aid olan torpaqlarda necə yaşamaq hüququmuzun olduğunu bütün dünyaya çatdırmalı və o torpaqlara qayıtmağımız üçün hüquqi, informativ mühit formalaşdırmalıyıq.

Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının qarşısında məhz bu məsələləri vəzifə kimi qoyaraq onun milli maraqlarımız baxımından nə qədər strateji olduğunu əsaslandırdı. Eyni zamanda bu milli məqsədlərimizə yumşaq güc və sülh yolu vasitəsilə çata bilməyimizin də vacib olduğunu bildirdi.

Azərbaycan Prezidentinin söylədiyi bu fikirlər xalqımızın yeni əsrdə yeni vəzifələrinin siyasi konseptual əsaslarıdır və Vətən müharibəsində monolit birliyimiz ilə milli hədəflərimizə çatdığımız kimi bundan sonra da bu birliyi davam etdirərək tarixi Qərbi Azərbaycan torpaqlarımıza qayıtmalıyıq”. (apa)

Hikmət Babaoğlu: Prezidentin fikirləri Qərbi Azərbaycana qayıdışımızın yol xəritəsidir • Aznews TV

For more visit computernetworktopology.com

Latest News by computernetworktopology.com