In this article, you will get all information regarding “İran məktəblərində Azərbaycan dilində tədris məsələsini qaldırırıq”-İ.Əliyev

İran azərbaycanlıları dilin ədəbi komponentini itirir, Azərbaycan dili ancaq gündəlik həyat səviyyəsində qalır”.

Təbriz Turan TV xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında deyib.

“Azərbaycanda tədrisin rus dilində aparıldığı 340 məktəb var. Respublikada gürcü dilində tədris olunan 10 məktəb də var. Gürcüstanda 116 Azərbaycan dili məktəbi fəaliyyət göstərir. İranda elə məktəblər var ki, orada tədris ermənicədir, amma Azərbaycan dilində dərs keçən məktəb yoxdur. Bu necə ola bilər? Əgər kimsə deyirsə ki, bu, daxili işlərə qarışmaqdır, biz bu cür bəyanatları qəti şəkildə rədd edirik. Azərbaycanın xarici siyasəti aydındır, biz heç vaxt heç bir dövlətin daxili işinə qarışmamışıq və qarışmırıq”.

“İran məktəblərində Azərbaycan dilində tədris məsələsini qaldırırıq, çünki əks halda öz ana dilində danışan İran azərbaycanlıları dilin ədəbi komponentini itirir, Azərbaycan dili ancaq gündəlik həyat səviyyəsində qalır”.



İzlənmə Sayı :
8

“İran məktəblərində Azərbaycan dilində tədris məsələsini qaldırırıq”-İ.Əliyev

For more visit computernetworktopology.com

Latest News by computernetworktopology.com