In this article, you will get all information regarding İran millisi dünya çempionatına ağır məğlubiyyətlə başladı-Futbolçular dövlət himnini oxumadı

İran mediası bunu milli komandada olan öxbaşınalıqla əlaqələndirib.

Təbriz Turan TV xəbər verir ki, futbol üzrə İranın milli komandası DÇ-2022-nin qrup mərhələsində ilk oyununda İngiltərə ilə qarşılaşıb.

İRNA-nın məlumatına görə, oyun 16:30-da Beynəlxalq Xəlifə stadionunda baş tutub. Oyun 6-2 hesabı ilə  İngiltərə millisinin xeyrinə başa çatıb.

Oyunun əvvəlində İran milli futbol komandasının oyunçularından heç biri İslam Respublikasının himnini oxumayıb və radiostansiya bu hissəni senzura edərək başqa görüntülər nümayiş etdirib.

Xarici medianın verdiyi məlumata görə, İngiltərə komandası İran yığmasına qol vurduqda stadionda olan iranlılar sevinclərini ifadə edib “ölüm olsun diktatora” İran hökumətinə qarşı şüarlar səsləndiriblər.

İranlı sosial media istifadəçiləri də, oyunun nəticəsindən məmnunluqlarını ifadə edən paylaşımlar ediblər.

Oyun bitdikdən sonra Tehran şəhərinin Niyavəran, Şəhr Ziba, Səadətabad və Ekbatan bölgələrində aksiyalar başlayıb və hökümətə qarşı şüarlar səsləndirilib.



İzlənmə Sayı :
9

İran millisi dünya çempionatına ağır məğlubiyyətlə başladı-Futbolçular dövlət himnini oxumadı

For more visit computernetworktopology.com

Latest News by computernetworktopology.com