In this article, you will get all information regarding İranda qanlı qarşıdurma: Hökumət məmurlarının birbaşa açdığı atəş nəticəsində 10 nəfər öldürülüb • Aznews TV

İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, İranda etiraz aksiyaları zamanı ən azı 10 nəfər hökumət məmurlarının birbaşa açdığı atəş nəticəsində öldürülüb.

Sentyabrın 22-də güllələnərək öldürülən daha iki nəfərin kimliyini dəqiqləşdirmək mümkün olub.

Kirmanşahda orta yaşlı qadın Minu Məcidi xüsusi təyinatlıların atəşi nəticəsində həyatını itirib və onun cənazəsi ailəsinə təhvil verilməyib.

Hökumət məmurları sentyabrın 20-də öldürülən qadının cənazəsini yalnız sentyabrın 22-də bir başa dəfn etmək üçün məzarlıqda ailəsinə təhvil verəcəklərini bildiriblər.

Bununla yanaşı sentyabrın 21-i gecə saatlarında Qərbi Azərbaycan əyalətinin Üşnəviyyə (Üşnü) şəhərində xüsusi təyinatlı qüvvələrin əhaliyə açdığı atəş nəticəsində 27 yaşlı Sədrəddin Litani həlak olub.

Onunla birgə çox sayda insanın güllə yarası aldığı, onlardan üçünün durumunun ağır olduğu qeyd olunur.

İran rəsmiləri sentyabrın 21-də 7 etirazçının öldürüldüyünü təsdiq edib, onların ölümünün şübhəli şərayitdə baş verdiyini iddia ediblər.

İranda qanlı qarşıdurma: Hökumət məmurlarının birbaşa açdığı atəş nəticəsində 10 nəfər öldürülüb • Aznews TV

For more visit computernetworktopology.com

Latest News by computernetworktopology.com