In this article, you will get all information regarding İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik-İ.Əliyev

Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir

Təbriz Turan TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Transxəzər dəhlizinə həsr olunmuş beynəlxalq konfransdakı çıxışı zamanı deyib:

Azərbaycan ərazilərinin işğalı dövründə İran silahlı qüvvələri Azərbaycan sərhədinin işğal olunmuş hissəsində heç vaxt heç bir təlim keçirməyib. Onlar bunu edə bilərdi. Azərbaycan sərhədinin 132 kilometri işğal altında idi. Bu da Azərbaycanla İranın sərhədidir. Bəs niyə bu sərhəddə hərbi təlimlər keçirmədilər?

İran rəsmiləri, o cümlədən yüksək rütbəli şəxslər Ermənistanın ərazi bütövlüyünün İran üçün qırmızı xətt olduğunu bildirir. Niyə onların heç biri bizim haqqımızda da danışmır? 30 ildir ki, ərazilərimiz işğal altındadır. İran rəsmilərindən Azərbaycanın ərazi bütövlüyünün İran üçün qırmızı xətt olduğunu eşidən varmı? Yox. Bu, Azərbaycan xalqının verdiyi sadə sualdır. Təkcə mənim yox”.

“Mən İranın üç prezidenti – Hatəmi, Əhmədinejat və Ruhani ilə işləmişəm, bütün bu illər ərzində indikinə bənzər vəziyyət yaranmamışdı. Heç vaxt İran sərhədimizdə bir beçə ay müddətində iki hərbi təlim keçirməmişdi. Heç zaman Azərbaycana qarşı bu qədər nifrət və hədə-qorxu ilə dolu bəyanat verilməmişdi.

Biz hər zaman istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab vermişik və verəcəyik. Bu səbəbdən biz İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək. Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik.Onlar xalqımızın bir hissəsidir.



İzlənmə Sayı :
3

İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik-İ.Əliyev

For more visit computernetworktopology.com

Latest News by computernetworktopology.com