In this article, you will get all information regarding SEPAH komandiri Tehrana vali təyin edildi

İran-İraq müharibəsi zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri olan Əlirza Fəxari hökumətin bazar günü axşam keçirilən iclasında səsvermə yolu ilə Tehranın valisi seçilib.

Təbriz Turan TV xəbər verir ki, xarici medianın verdiyi xəbərdə Fəxrainin vali seçilməsi İran hökumətinin indiki durumda dövlət vəzifələrinə hərbçilərin yerləşdirilməsinin artacağına nümunə kimi göstərilib.

İran mediasının verdiyi məlumatda Əlirza Fəxrainin hərbçi keçmişi ilə bağlı məlumat yaymamağa çalışılıb.

O, bundan öncə SEPAH-ın Xatəmülənbiya qərargahının rəis müavini vəzifəsində fəaliyyət göstərib.

Əlirza Fəxrai radikal mühafizəkar qanada bağlı komandirlərdən sayılır və buna görə də, onun Tehran valisi təyin olunması ilə yaxın günlərdə paytaxtda daha çox zorakılıq və ciddi təhlükəsizlik tədbirlərinin tətbiq olunacağı gözlənilir.



İzlənmə Sayı :
5

SEPAH komandiri Tehrana vali təyin edildi

For more visit computernetworktopology.com

Latest News by computernetworktopology.com